“Hatayspor”un prezidentindən Qurban Qurbanov açıqlaması

hataysporun-prezidentinden-qurban-qurbanov-aciqlamasi
Oxunma sayı: 4851

Gələn mövsüm Türkiyə Superliqasında oynayacaq “Hatayspor” "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilə danışıqları davam etdirir.

"Qafqazinfo" xəbər verir ki,  bu barədə "Hatayspor”un prezidenti Nihat Tazearslan "CBC Sport"a açıqlama verib:"Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək".