Hava buludlu olacaq

hava-buludlu-olacaq
Oxunma sayı: 890


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi günün ikinci yarısında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 16-sı axşamdan 18-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.