Hava gözəl olacaq

hava-gozel-olacaq
Oxunma sayı: 653

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 31-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi, arabir güclənən qərb küləyinin üstünlik təşkil edəcəyi gözlənilir.