Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirildi - Video

hava-hucumundan-mudafie-bolmelerinin-taktiki-telimleri-kecirildi
Oxunma sayı: 1662

Hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.