Hava ilə bağlı – - Xəbərdarlıq

hava-ile-bagli-
Oxunma sayı: 6268


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Abşeron yarımadasında aprelıin 24-də güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraitinin müşahidə olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da əlverişli, komfort hava şəraiti gözlənilir.

Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.