Hava ilə bağlı xəbərdarlıq

hava-ile-bagli-xeberdarliq
Oxunma sayı: 7093

Oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Qafqazinfo"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, sabah Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.