Hava kəskin pisləşəcək, qar yağacaq - Xəbərdarlıq

hava-keskin-pislesecek-qar-yagacaq
Oxunma sayı: 1010

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin pisləşəcəyi haqda xəbərdarlıq yayıb. 

“Qafqazinfo”nun məlumatına görə, xəbərdə bildirilir ki, qərb rayonlarından başlayaraq ölkə ərazisində  aprelin 09-u axşam hava şəraitinin dəyişəcəyi, aprelin 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.