Hava limanında bomba həyəcanı - “Gecə yarısınadək partlayacaq”

hava-limaninda-bomba-heyecani
Oxunma sayı: 3455

Yunanıstanda şəxsiyyəti məlum olmayan bir nəfər Atina Elefterios Venizelos Beynəlxalq Hava Limanına bomba qoyulması xəbərini verib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, təhlükəsizlik əməkdaşları xəbərin doğru olub-olmadığını yoxlamağa başlayıb.

"Efimerida Ton Sindakton" qəzetinə zəng edən şəxs aeroporta 3 bomba qoyulduğunu və gecə yarısınadək partladılacağını söyləyib.