Avstriyanın paytaxtı Vyanada beynəlxalq hava limanında 35 yaşlı sərnişin onu yoxlamaq istəyən səlahiyyətli şəxsə “Çantamda 3 ədəd bomba var” deyərək zarafat etmək istəyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları öncə çantanı, daha sonra həmin sərnişini digər sərnişinlərin yanından uzaqlaşdırıb.
Hadisə yerinə gələn polislər sərnişini yoxlasalar da üzərində bomba tapmayıblar.
Bir müddət nəzarətdə saxlanılan sərnişinin təyyarəyə minməsinə icazə verilməyib.
Son xəbərlər
Son Xəbərlər