Hava limanında dava salan müğənni polis mərkəzinə aparıldı - Foto+Video

hava-limaninda-dava-salan-mugenni-polis-merkezine-aparildi
Oxunma sayı: 4738

Müğənni Aleyna Tilki İstanbul Hava Limanında sərnişinlərdən biri ilə dava edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçının mühafizə əməkdaşlarından birini təhqir etdiyi də deyilir. Bu səbəbdən Aleyna hava limanının polis mərkəzinə aparılaraq ifadə verib. İfadəsindən sonra bir müddət polis mərkəzində saxlanılan müğənni Milana uçuşunu təxirə salmalı olub.

Aleynanın hansı səbəbdən dava saldığı hələlik bilinmir.