Hava limanında Jirinovskinin oğlu döyüldü - Video

hava-limaninda-jirinovskinin-oglu-doyuldu
Oxunma sayı: 3214

Moskvanın “Vnukovo” hava limanında Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteynlə Şimali Osetiyanın sabiq rəhbəri Vyaçeslav Bitarovun oğlu Zəlimxan Bitarov arasında dava olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. Davadan sonra Jirinovskinin oğlu həkimə müraciət edib. Ona beyin silkələnməsi və qapalı-kəllə beyin travması diaqnozu qoyulub. Bundan başqa, Zəlimxan Bitarov rəqibinə qırtlaq xəsarəti də yetirib.

Onların insidentlə bağlı polisə müraciət edib-etmədikləri hələlik məlum deyil.

Bildirilir ki, dava Eydelşteynin Bitarova atasının bu yaxınlarda istefaya göndərilməsinə eyham vuraraq “sizin dövrünüz keçdi” sözlərindən sonra başlayıb.