Hava limanındakı silahlı şəxs təslim olub - ABŞ-da + Yenilənib

hava-limanindaki-silahli-sexs-teslim-olub
Oxunma sayı: 829

ABŞ-ın Orlando şəhərində polis hava limanında insanları əsir götürmüş silahlı şəxslə danışıqlar aparır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bay News 9” məlumat yayıb.

İnsident avtomobil icarəyə verilən ofislərdən birində baş verir. Təhlükəsizlik qüvvələri artıq ərazini mühasirəyə alıb.

Hava limanının nümayəndəsinin sözlərinə görə, şübhəli şəxs özünə və ətrafdakılara xəsarət yetirməklə təhdid edir. Onun hansı silahdan istifadə etdiyi və neçə nəfəri əsir götürdüyü barədə məlumat verilmir.

***
 

Polis Florida ştatının Orlando şəhərindəki hava limanında olan silahlı şəxsi təslim olmağa vadar edib.

“Qafqazinfo” bu barədə “Fox News” məlumat yayıb.

İlkin məlumata görə, avtomobil parkında gizlənən silahlı şəxsin ətrafı mühasirəyə alınıb. O, polis aparılan danışıqlardan sonra təslim olub. Faktla bağlı ətraflı məlumat verilmir.