Türkiyədə yaradılan yerli radar sistemləri 24 saat respublikanın bütün hava məkanını izləyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat yayıb.
O bildirib ki, Türkiyə mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı Türkiyənin bütün hava məkanını 1 milyon kvadratkilometr sahədə gecə-gündüz müşahidə edəcək.
Nazirin sözlərinə görə, bu radarın yaradılması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa və xarici asıllılığı azaltmağa xidmət edəcək.