Hava şəraiti il bağlı xəbərdarlıq

hava-seraiti-il-bagli-xeberdarliq
Oxunma sayı: 7135

Milli Hidrometeorologiya Xidməti hava şəraiti barədə xəbərdarlıq edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.