Hava şəraiti ilə bağlı daha bir xəbərdarlıq

hava-seraiti-ile-bagli-daha-bir-xeberdarliq
Oxunma sayı: 6943

Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətində “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.