Hava şəraiti ilə bağlı əhaliyə çağırış

hava-seraiti-ile-bagli-ehaliye-cagiris
Oxunma sayı: 7201

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit və dumanlı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, FHN əhaliyə müraciət edərək havaların qeyri-sabit və yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması, o cümlədən dağlıq ərazilərdə güclü qar yağması ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.