Hava şəraiti ilə bağlı məktəblərə tövsiyələr verilib

hava-seraiti-ile-bagli-mekteblere-tovsiyeler-verilib
Oxunma sayı: 3507

“Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

“Müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib.

09.02.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir”, - məlumatda deyilir.