Hava tutulacaq, zəif duman olacaq

hava-tutulacaq-zeif-duman-olacaq
Oxunma sayı: 774


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 isti olacağı gözlənilir.