Hava yaxşı olacaq

hava-yaxsi-olacaq
Oxunma sayı: 638

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya varilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-7 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.