Hava yaxşı olacaq

hava-yaxsi-olacaq
Oxunma sayı: 1487


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olma ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.