Hava yenidən pisləşəcək - Xəbərdarlıq

hava-yeniden-pislesecek
Oxunma sayı: 5207

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. 

“Qafqazinfo”nun məlumatına görə,  Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. 

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.