Hava yenidən pisləşəcək

hava-yeniden-pislesecek
Oxunma sayı: 2602


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. 

Havanın temperaturunun  gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 1-6,  gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə isə aprelin 06-da Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin kəskin dəyişməsi, qısa müddətdə atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun kəskin enməsi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Departament bildirib ki, aprelin 06-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Aprelin 06-da havanın temperaturu aprelin 05-i ilə müqayisədə  10-14 dərəcə aşağı enəcək.