Hava zərbələri nəticəsində 5 sakin ölüb - “Əl Cəzirə”

hava-zerbeleri-neticesinde-5-sakin-olub
Oxunma sayı: 737

Beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-ez-Zor şəhərini bombalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Əməliyyat nəticəsində 5 mülki vətəndaş həlak olub.

Bundan iki gün öncə Rakkanın şimalındakı Əs-Salaxiya kəndinə endirilən hava zərbələri zamanı isə 4-ü uşaq olmaqla 11 nəfər ölüb.