Havada toz dumanı müşahidə olunub

havada-toz-dumani-musahide-olunub
Oxunma sayı: 1065

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

"Qafqazinfo" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1.1, Səbail rayonunda isə 1.2 dəfə normadan çoxdur. 

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.