Havada toz dumanı müşahidə olunur

havada-toz-dumani-musahide-olunur
Oxunma sayı: 1123

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda faktiki hava ilə bağlı açıqlama yayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.