Havada tozun miqdarı normadan artıqdır

havada-tozun-miqdari-normadan-artiqdir
Oxunma sayı: 2138

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva “Qafqazinfo”ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və  gün ərzində davam edəcəyi gözlənilir”.