Havalar bu gündən soyuyacaq

havalar-bu-gunden-soyuyacaq
Oxunma sayı: 3274


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, yaxın iki gün ərzində hava küləkli və yağıntılı keçəcək. Bu gün Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir güclənəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

Yanvarın 13-ü axşam şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı olacağı, sulu qar və dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Yanvarın 15-dən artıq ölkə ərazisində yağmursuz hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.