Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə isə mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
Son xəbərlər
Son Xəbərlər