“Hayat Palace”da ölüm

hayat-palaceda-olum
Oxunma sayı: 2153

Bakıda tikilməkdə olan hündürmərtəbəli binada ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yasamal rayonu, İzmir küçəsi 1 ünvanında yerləşən, tikilməkdə olan “Hayat Palace” yaşayış kompleksində fəhlə işləyən 1985-ci il təvəllüdlü Əli Nəcəfov binadan yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.