Hazır yuxa alarkən diqqətli olun - Video

hazir-yuxa-alarken-diqqetli-olun
Oxunma sayı: 5651

Hazır yuxa alarkən diqqətli olun. Satışda standarta əməl olunmadan satılan yuxa və lavaşlar var. Bəzi insanlar yuxa ilə lavaşı eyni hesab etsə də əslində hər birinin saxlama müddəti də daxil olmaqla standartı fərqlidir.

"Qafqazinfo" xəbər verir ki, xezerxeberin hazırladığı süjetdə bildirilir ki, yuxa və lavaşlar standarta əməl olunmadan istehsal olunur.

"Milli çörək məmulatları" adlı standarta əsasən yuxa dairəvi, lavaş isə dairəvi və oval olmalıdır.

Satışda olan quru lavaşların qablaşdırılmasında saxlama müddəti 4 ay, yuxalarda isə 4 gün göstərilib. Bu isə standartın pozulması deməkdir.

Standartın tələbi çəki də də pozulur.

Görünən mənzərə əksini deyir. Satışda olan yuxalardan bir ədədinin çəkisini ölçdük. 25 qramdan yuxarı olmalı olduğu halda 15 qram gəldi.

Standarta görə yuxa 10, lavaş isə 25 ədəddən artıq qablaşdırıla bilməz. Bu standartın mövcudluğundan xəbərsiz olan insanlar yuxa və lavaş alarkən onun saxlama müddətini gözlə ayırd etməyə çalışırlar.

Mütəxəssislərə görə, vaxtı keçən və standarta uyğun qablaşdırılmayan qida məhsulu kimi yuxa və lavaşlar da insan səhhəti üçün təhlükəli ola bilər.