“Parlament seçkisində namizəd olmaq üçün 498 müraciət daxil olub”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, onlardan 254-nün namizədliyi siyasi partiyalar, 13 nəfərini isə “Azadlıq-2015” seçki bloku irəli sürüb.
M
.Pənahov qeyd edib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, onlara imza vərəqələri verilib.
Onun sözlərinə görə, 74 müşahidəçi MSK-da akkreditasiyadan keçib. Onlardan 69 nəfəri öz təşəbbüsü
müşahidəçi olmaq istəyənlərdir, 5 nəfər isə qeyri-hökumət təşkilatlarını təmsil edir.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər