Bu dəqiqələrdə metronun “Nərimanov” stansiyasında sərnişin sıxlığı yaşanır.
“Qafqazinfo”nun məlumatına görə, girişdə gözləyən sərnişinlər platformaya daxil olmaqda çətinlik çəkirlər.
“Gənclik” stansiyasında da eyni halın baş verdiyi bildirilir.
Sıxlığın nədən qaynaqlanması ilə bağlı məlumat yoxdur.
***
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, qatarların hərəkətində hər hansı ləngimə, problem yoxdur.
Onun sözlərinə görə, əvvəlki günlərlə müqayisədə sözügedən stansiyalarda sərnişin sıxlığı var və buna görə təhlükəsizlik tədbirləri gücləndirilib.


Son xəbərlər
Son Xəbərlər