“Hazırda bizi heç biri maraqlandırmır”

hazirda-bizi-hec-biri-maraqlandirmir
Oxunma sayı: 649

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ”ımız II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. 

“Qafqazinfo” xəbər verir ki, çempionumuzun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Xatırladaq ki, “Qarabağ” ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.