Hazırda bu yollarda tıxac var - Siyahı

hazirda-bu-yollarda-tixac-var
Oxunma sayı: 1954

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarındakı vəziyyətlə bağlı məlumatı açıqlayıb.

“Qafqazinfo” məlumata əsasən xəbər verir ki, aşağıdakı yollarda tıxac müşahidə olunur.

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

 2. “20 Yanvar” dairəsində;

 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.