Hazırda harada tıxac var? - Siyahı + Yenilənib

hazirda-harada-tixac-var
Oxunma sayı: 2259

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;

2. Moskva prospekti – şəhər istiqamətində (20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol daxil olmaqla);

3. Ziya Bünyadov prospekti – Çerment körpüsündən 20 yanvar dairəsi istiqamətində;

4. Həsən bəy Zərdabi prospekti - 20 yanvar dairəsi istiqamətində;

5. Alı Mustafayev küçəsi – 3 mkr dairəsində körpünün üstündən Ziya Bünyadov prospekti istiqamətində (20 yanvar dairəsi də daxil olmaqla);

6. Tbilisi prospekti – şəhər istiqamətində;

7. Ak.Həsən Əliyev küçəsi – 1 saylı Asan xidmət istiqamətində nisbətən;

8. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində;

9. Babək prospekti – Yusif Səfərov küçəsi prospekti istiqamətində;

10. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü;

12. Afiyəddin Cəlilov küçəsi;

13. Rəşid Behbudov küçəsi – Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;

14. Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

15. Binəqədi şossesi - şəhər istiqamətində;

16. Qara Qarayev prospekti – Heydər Əliyev prospekti istiqamətində;

17. Mikayıl Əliyev küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

18. Zabrat şossesi – Heydər Əliyev prospekti istiqamətində;

19. Nəcəfqulu Rəfiyev küçəsi (8Noyabr prospektindən gələn yol) – Babək prospekti istiqamətində;

20. Badamdar şossesi – şəhər istiqamətində;

21. Heydər Əliyev prospekti - şəhər istiqamətində köməkçi yol.

***

NİİM-in 13:00-a olan məlumatına görə, hazırda bu yollarda sıxlıq müşahidə olunur:

1. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;

2. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

3. Azadlıq prospektində, Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

4. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

6. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;

7. Dilarə Əliyeva küçəsində, Aleksandr Puşkin küçəsi ilə kəsişmədən, Azadlıq prospekti ilə kəsişməyə qədər, Rəşid Behbudov küçəsi istiqamətində;

8. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində nisbətən.