Bu gün Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Westminster Abbey-də baş tutacaq tədbirin başlamasına son bir neçə saat qalıb. Şəhərdə hazırlıqlar artıq tamamlanmaq üzrədir.
Bununla əlaqədar olaraq, Londonda çox sayda insan mərasimin baş tutacağı əraziyə toplanıb. Eyni zamanda, xeyli adam bir neçə gün əvvəl sözügedən əraziyə gələrək çadır qurub və bu günü çadırlarda gözləyib.
Qeyd edək ki, ümumilikdə tədbirdə təqribən 2 min VIP qonağın iştirak etməsi planlaşdırılır. Tacqoyma ilə bağlı tədbirlər ümumilikdə 3 gün davam edəcək və ulduz müğənnilərin iştirakı ilə konsertdən də ibarət olacaq.
Son xəbərlər
Son Xəbərlər