Hazırda Ukraynanı Aİ-yə qəbul etmək niyə mümkün deyil? - Makron açıqladı

hazirda-ukraynani-ai-ye-qebul-etmek-niye-mumkun-deyil
Oxunma sayı: 4666

"Ukraynanın Avropa İttifaqına qəbulu proseduruna indi başlamaq mümkün deyil".

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. 

"Bu axşam bu məsələ müzakirə olunacaq. Bildiyiniz kimi, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün rəsmi ərizə veriblər. Biz bu axşam onları müzakirə edəcəyik və bu vacibdir. İlk növbədə mən hesab edirəm ki, bu dövrdə Ukraynaya və ukraynalılara güclü siqnal göndərməliyik... Amma diqqətli olmalıyıq .Bu gün müharibə gedən bir ölkəyə Aİ-yə daxil olmaq üçün prosedur aça bilərikmi? Mən belə düşünmürəm. Qapıları bağlayıb, "heç vaxt" da demək olmaz. Bu, ədalətsizlik olardı. Amma regionda tarazlığa  da diqqət etməliyik”, - deyə Makron bildirib.