Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, sabiq klubu “Srvena Zvezda”dan və “Riyeka” klubundan danışıb.
Mütəxəssis “Srvena Zvezd”da işləməyin çətin olduğunu bildirib: ““Srvena Zvezda”da işləmək çətindir. Bu həmişə belə oilub. Mən əvvəllər orada çalışmışam. Bilirəm ki, onlar nə istəyirlər. Azarkeşlər də hər zaman yüksək nəticə tələb edir. Ona görə də onlarla çalışmaq asan deyil. Matyaj Kekin “Srvena Zvezda”ya keçə biləcəyini eşitdim. Amma bu çətindir. Onun üçün orada işləmək ağır olacaq.
“Riyeka”da böyük işlər görməsinə sözüm yoxdur. Sadəcə sloveniyalı üçün Belqrad klubunda çalışmaq ikiqat çətin olacaq. Bildiyim qədərilə hazırda orada vəziyyət yaxşı deyil. Çünki “Srvena Zvezda”nın baş məşqçisi istefa verib, rəhbərlik çaşqınlıq içindədir”.
Son xəbərlər
Son Xəbərlər