“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamenti birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verib. Ş.İbadov inşa edilən Olimpiya stadionunun ətrafında, xüsusilə Ziya Bünyadov prospekti boyu ərazilərdə geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, həmçinin rayon ərazisində yerləşən müəssisələrin ətraf ərazilərində abadlıq işlərinin aparılması, yaşıllıqların salınması və sanitariya–təmizlik işlərinin görüldüyünü deyib. Bu istiqamətində görülən işlərə ötən ilin dekabr ayından başlanıldığını və cari ilin may ayının sonunda yekun vurulacağını bildirib.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında “Bakı -2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verib.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin direktoru Peter Aşvin Avropa oyunlarına hazırlıq və keçirilməsi dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar haqda əyani məlumat verib.
Son xəbərlər
Son Xəbərlər