Hazırsınız?! O, artıq gəldi! - Foto

hazirsiniz-o-artiq-geldi
Oxunma sayı: 4162

Bu günlərdə yerli bazarın şokolad sektoruna yenicə daxil olan, hər kəsi ovsunlayıcı dadı ilə sehrinə salacaq bir markanın – “Choco Art” şokolad brendinin təqdimatı olub. İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan bu markanı digərlərindən fərqləndirən əsas cəhət 100 % təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan bu şokolad nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. Onun cazibəsindən kənarda qalmaq mümkün deyil.

“Qafqazinfo” xəbər verir ki, brend dadı damaqdan getməyəcək, mükəmməl və nəfis bir ləzzəti özündə yaşadan qara, südlü və fındıqlı şokolad plitə çeşidi ilə istehlakçılarına unudulmaz anlar yaşadacaq. İl sonuna isə bu çeşidlərin sayının artırılması, şokoladın duzlu karamelli növünün də istehsalı planlaşdırılır.

Tədbirdə “Choco art” markasının siması olaraq seçilən Samirə Əfəndinin və sevilən model Nuru Əhmədovun iştirakı ilə çəkilən reklam çarxı da təqdim edilib. “Choco Art ilə sənətin incəliyini ləzzətlə kəşf edin” mesajını verən çarx gözoxşayan səhnələri və məqamları ilə böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, adıçəkilən marka gözoxşayan qablaşdırma dizaynına görə “Azerbaijan Design Awards 2020”də finalçılar arasında yer alıb.

Odur ki, min eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Nəfisliklə zərifliyin təkrarolunmaz dadını “Choco' Art” ilə duyun!

Hazırda “Choco ‘Art” brendinin şokoladları “Bazarstore” və “Bravo” supermarketlərində satışdadır, lakin bu yaxınlarda isə “Araz” və şəhərin digər böyük supermarketlərdə satışa çıxarılacaq.