Tuncelidə polis mərkəzinə təşkil edilən silahlı hücumda öldürülüən iki terrorçunun yas mərasimi keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cənazə mərasiminə HDP Tunceli millət vəkilləri Alican Önlü və Edib Şahin ilə DBP-li Tunceli bələdiyyə sədri Mehmet Ali Bul qatılıb.
Terrorçular Baran Çetinkaya və Rıdvan İpekin cənazələri Ədli Tibb Təşkilatı Malatya qrup başkanlığı morqundakı yarılmanın ardından ailələrinə təslim edilib.
Son xəbərlər
Son Xəbərlər