Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ittiham aktı Ali Məhkəmənin Cümhuriyyət Baş prokuroru Bekir Şahin tərəfindən göndərilib.
İttiham aktında HDP üzvlərinin bəyanat və hərəkətləri ilə dövlətin millətlə bütünlüyünü pozmağı, ortadan qaldırmağı hədəflədikləri bildirilib.
Qeyd edək ki, bundan əvvəl Ali Məhkəmə Cümhuriyyət Baş Prokurorluğu HDP barəsində istintaqa başladığını elan etmişdi.
Son xəbərlər
Son Xəbərlər