Həbib Ferqusonun kəmərini təpiklədi - Fotolar

hebib-ferqusonun-kemerini-tepikledi
Oxunma sayı: 4412

UFC çempionu Həbib Nurmaqamedovla sabiq çempion Toni Fergüsonun Les-Veqasda  bu gün baş tutacaq döyüşündən öncə mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans gərgin anlarla yadda qalıb. Ferquson 2017-ci ildə qazandığı UFC kəmərini yerə qoyaraq Həbibə göstərib. 

Bundan qəzəblənən Nurmaqamedov onun kəmərinə təpikləyib. Aranı mühafizəçilər sakitləşdirib.

Qeyd edək ki, Həbib – Fergüson döyüşü bu gecə Bakı vaxtı ilə saat 02.00-da başlanacaq.