UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı həmkarı Konor Makqreqorla rinqdə yenidən görüşmək fikrində deyil.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “TMZ Sports” jurnalistinin revanşla bağlı sualını cavablandırarkən deyib: “Revanş? Nə üçün? Döyüşdən əvvəl o çox danışırdı, amma rinqdə heç nə edə bilmədi”.
Xatırladaq ki, ötən ilin oktyabrında Nurməhəmmədov Makqreqora UFC 229 turnirində qalib gəlib. Konor daha sonra Həbibə revanş təklifi etmişdi.
Son xəbərlər
Son Xəbərlər