Həbib Puaryenin formasını neçəyə satdı?

Həbib Puaryenin formasını neçəyə satdı?
Oxunma sayı: 1894

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı rəqibi Dastin Puaryenin formasını satıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, forma 100 min dollara satılıb. Bu pul Puaryenin Afrikada uşaqlara su yardımı edən xeyriyyə fonduna göndərilib. 

“Puaryenin forması 100 min dollara satıldı. Ancaq alıcı adının açıqlanmasını istəmədi. Çox şadam ki, bu pullar ehtiyacı olan insanlara xərclənəcək”, - deyə Həbib sosial şəbəkədə yazıb. 

Xatırladaq ki, sentyabrın 7-də Əbu-Dabidə keçirilən yarışdan sonra Həbiblə Dastin bir-birləri ilə formalarını dəyişiblər. Nurməhəmmədov həmin geyimi satacağına, pulunu isə Puaryenin xeyriyyə fonduna göndərəcəyinə söz vermişdi.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi