Həbibin Amerikadakı döyüşü ləğv edildi

hebibin-amerikadaki-doyusu-legv-edildi
Oxunma sayı: 1420

UFC çempionu Həbib Nurməhəmmədovun amerikalı Toni Ferqyusonla qarşılaşması təxirə salınıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, döyüş aprelin 18-də Nyu-Yorkda keçiriləcəkdi. Koronavirus pandemiyası səbəbindən Atletika Komissiyası UFC 249 turnirini ləğv edib.

Qeyd edək ki, bundan əvvəl Həbib sərhədlərin bağlanması səbəbindən Rusiyanı tərk edə bilməyəcəyini, bu səbəbdən UFC-nin Ferqyusona başqa rəqib axtardığını bildirmişdi.