Həbibin atası ikinci dəfə evlənəcək

hebibin-atasi-ikinci-defe-evlenecek
Oxunma sayı: 3270

UFC çempionu Həbib Nurməhəmmədovun məşqçi atası Abdulmanap Nurməhəmmədov ikinci dəfə evlənməyə hazırlaşır.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, ilk həyat yoldaşı ilə də rəsmi nikahı olan Nurməhəmmədov üçüncü dəfə evlənmək barədə də fikirləşə biləcəyini deyib. O, fikirlərini belə əsaslandırıb:

“Mənim bir arvadım var, ikincini də nəzərimdə tutmuşam. Üçüncünü hələ bilmirəm. Allah kişilərə buyurub ki, 4 arvadlılıq mümkündür. Qadınlara hər zaman hörmətlə yanaşmaq lazımdır”.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən yalnız bir nəfərlə rəsmi nikah bağlamaq olar.