Həbibin atasını Moskva xəstəxanasına köçürdülər

hebibin-atasini-moskva-xestexanasina-kocurduler
Oxunma sayı: 2716

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədov müalicəsini Moskvada davam etdirəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.

Xatırladaq ki, ötən ay koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Əbdülmanap Nurməhəmmədova pnevmoniya diaqnozu qoyulmuşdu.