Həbiblə Konor arasında təkrar döyüş ola bilər

hebible-konor-arasinda-tekrar-doyus-ola-biler
Oxunma sayı: 2693

UFC prezidenti Dana Uayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla irland həmkarı Konor Makqreqor arasında bu il revanş olacağını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, Uayt revanşın lazımi şərtlər əsasında keçiriləcəyini bildirib:

“Belə hesab edirəm ki, revanş ola bilər. Hər şey plan üzrə getsə, döyüş olacaq”. 

Qeyd edək ki, təkrar döyüş təklifi Konor Makqreqordan gəlib.