Həbiblə Sobçak “Forbes”in siyahısında

hebible-sobcak-forbesin-siyahisinda
Oxunma sayı: 4348

“Forbes” jurnalı İnstaqram sosial şəbəkəsi vasitəsilə gəlir əldə edən ən zəngin rusiyalı bloqqerlərin adlarını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MİR 24” xəbər verib.

Reytinqə teleaparıcı Kseniya Sobçak liderlik edir. O, sosial şəbəkə hesabı sayəsində ildə 100 milyon rubl pul qazanır. İkinci yerdə teleaparıcılar Reqina Todorenko və Olqa Buzova qərarlaşıblar. Onların illik gəliri 55 milyon rubldur. Hər iki xanım əsasən məşhur geyim və avtomobil brendlərini, kosmetika, eləcə də uşaqlar üçün mallar reklam edir.

Siyahıda ümumilikdə 15 ulduz var. Onların arasında iki kişi də yer alıb – bu, avtobloqqer Alan Yenileyev və döyüşçü Həbib Nurməhəmmədovdur. Sonuncunun hesabı ona illik 35 milyon rubl gəlir gətirir.